Marqara körpüsü qısa müddətdə istifadəyə veriləcək - Kılıç

saytların hazırlanması

Evə çatdırılma

Marqara körpüsü qısa müddətdə istifadəyə veriləcək - Kılıç

Rəsmi

15 Fevral 2023 17:22 1359


“Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Türkiyə nümayəndəsi Serdar Kılıç erməni mətbuatına bildirib.

“Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, cənab nazirimiz (Mövlud Çavuşoğlu – red.) də çıxışı zamanı bu məsələ ilə əlaqədar işlərə yeni təkan verilməsi ilə bağlı razılığa gəldiklərini qeyd edib. Bundan başqa, iki nazir razılığa gəliblər ki, tərəflər Marqara körpüsünün qısa müddətdə istifadəyə verilməsi üçün mümkün olan hər şeyi edəcəklər”, – deyə Kılıç vurğulayıb. Dördpendirli pizza

O, həmçinin, son zamanlar atılan addımların yaxın gələcəkdə münasibətlərin tənzimlənməsi prosesinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!