Marselo futbolla vidalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Marselo futbolla vidalaşdı

İdman

06 Fevral 2025 16:32 223


Braziliya millisinin və "Real"ın sabiq futbolçusu Marselo karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, son klubu olan "Fluminense"dən ötən ilin noyabrında ayrılmışdı. pizza

2007-2022-ci illərdə "Real"da oynayan Marselo 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə Superkubokun, 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub.

2006-2018-ci illərdə Braziliya millisində çıxış edən futbolçu 58 oyunda 6 qol vurub.

"Fluminense"nin yetirməsi olan Marselo "Olimpiakos"da (2022-2023) da oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!