Masallıda 2 məktəbli qızın davası: Araşdırma aparılır

saytların hazırlanması

Evə çatdırılma

Masallıda 2 məktəbli qızın davası: Araşdırma aparılır

Hadisə

01 May 2025 10:54 541


Masallı rayonundakı Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.

Mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb. Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib. Pepperoni pizza

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İnsident qızlar arasında olub. 2009-cu il təvəllüdlü məktəbli döyülüb, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yavuz Eyyubov
    İnsident yox, münaqişə.
    1 year ago