Masallıda 21 yaşlı şəxs qonaq qaldığı evdən oğurluq edib

saytların hazırlanması

Evə çatdırılma

Masallıda 21 yaşlı şəxs qonaq qaldığı evdən oğurluq edib

Kriminal

18 İyul 2025 14:30 437


Masallıda qonaq evi qarət edilib.

Yenisabah.az report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən evlərin birində baş verib.

Belə ki, polisə evdən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə məlumat daxil olub. pizza sifarişi

Aparılan araşdırmalarla oğurluq hadisəsinin həmin evdə qonaq olmuş şəxs tərəfindən törədilməsi müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!