Masazırda  quş sexi ifşa edildi – Şok görüntülər! +   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Masazırda quş sexi ifşa edildi – Şok görüntülər! + VİDEO

Sosial

05 Yanvar 2026 17:42 741


Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb. pizza mizza

Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!