Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?

saytların hazırlanması

Evə çatdırılma

Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?

Sosial

13 Dekabr 2025 22:14 1123


Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nin sakinləri yol problemindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.

"Buraya nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Çətin vəziyyətdəyik. Hər il yolu düzəldəcəklərini desələr də, problem həll olunmur", - onlardan biri söyləyib. Dördpendirli pizza

Digər bir vətəndaş isə narazılığını belə ifadə edib: "Hərdən yola daş tökürlər, amma eyni vəziyyət yenidən təkrarlanır. Bu problemi kökündən həll etmək lazımdır. Ucqar kəndlərdə yol var, amma Masazırda yoxdur".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, 4 il ərzində həmin ərazidə mütəmadi olaraq təmir işləri aparılıb: "Lakin yolun əsaslı təmirə ehtiyacı var. Bu isə növbəti ildə həyata keçiriləcək".

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!