Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı - Video

Sosial

27 İyun 2024 23:10 768


Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə sayılı günlər qalır. İyulun 1-dən istehsal tarixi 15 ildən artıq olan avtomobillərin bu sahədə fəaliyyəti mümkün olmayacaq.

Bəs yeni qərarın tətbiqi nəqliyyat vasitələrinin qiymətinə necə təsir edəcək?

Avtomobil satışı ilə məşğul olan Eldar Əliyevin sözlərinə görə, yeni tələblərlə əlaqədar taksiyə yararsız maşınların qiymətində enmə müşahidə olunur: Marqarita pizza

"12-13 minə satılan maşının qiyməti indi yeddi-səkkiz min olub. Taksidən çıxan maşınlara rayon camaatı daha çox üstünlük verir".

Bununla yanaşı, qiymətin aşağı olmasına görə, avtomobilini satmayan taksi sürücüləri də var.

"Mənim maşınım taksi fəaliyyətinə uyğun deyil. Amma saxlayacağam, öz işlərim üçün sürəcəyəm. Çünki satmaq sərf etmir, alıcı yoxdur, qiymət çox aşağıdır. Maşınımın bazar qiyməti 12-13 mindir, amma yeddi-səkkiz minə yaxın duran yoxdur", - deyə sürücü bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!