"Maşın Şou"da sona yaxınlaşdıqca həyəcan daha da artır. Növbəti günə yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, Niyam Səlaminin maşından əlini götürüb yarışmanı tərk etməsi ilə 4 nəfər qalan yarışmaçılar Lalə Mustafayevanı 2-ci dəfə səsverməyə çıxarıblar. Lalə Mustafayeva üçün bu seçim gözlənilməz olub. Amma buna baxmayaraq o, səs toplayacağı təqdirdə heç kimi çıxartmayacağına söz verib.
Sonda aparıcı cüzi fərq ilə yəni 51.36 faiz səs toplayaraq şouda qalıb və sözünə əməl edərək heç kimi yarışmadan kənarlaşdırmayıb. Sezar pizza
***
"Maşın Şou"nun 18-ci sürətinin növbəti gününə start verilib.
"Yeni Sabah" xəbər verir ki, yarışma başlanğıcı böyük sürprizlə başlayıb. Belə ki, müğənni Niyam Səlami maşından əlini çəkib və şounu tərk edib. Onun bu qərara gəlməsi günorta Suna Kasımoğlu aralarında baş verən mübahisəsi olub.
Belədə yarışmada 4 nəfər qalıb və onlar arasında səsvermədə Lalə Mustafayeva səsverməyə çıxarılıb.

Telegram kanalımız