“Maşın Şou“da final davam edir - Sevinən kim olacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Maşın Şou“da final davam edir - Sevinən kim olacaq?

Şou

16 Oktyabr 2019 21:19 1857


“Maşın Şou”nun final mərhələsinin növbəti final gecəsi start götürüb.  

"Yeni Sabah" xəbər verir ki, üç məşhur - Lalə Mustafayeva, Ramal İsrafilov və Suna Kasımoğlu finalda mübarizə aparırlar.  

Üç məşhurdan kimin qalib gələcəyi isə yaxın üç gün ərzində müəyyən olacaq. Hazırda finalçıların hər üçü dözümlülük nümayiş etdirərək şouda iştirakını davam etdirirlər. Şounun sonuna yaxınlaşdıqca təbii olaraq şərtlər də çətinləşir. Dominos pizza

İştirakçılar bu gün ərzində yalnız bir dəfə maşından bəlli zaman çərçivəsində ayrılıb, təbii ehtiyaclarını ödəmək şanslarından istifadə ediblər. Finalçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə bilirlər. Hətta əli maşından sürüşdürmək belə qəti qadağandır.  

Bununla yanaşı sabahdan etibarən onların avtomobilə söykənmələri də yasaqlanır. Bunlara rəğmən oyunçular istədikləri qədər su və qida ilə təmin olunurlar.  

Qeyd edək ki, iştirakçıların səhhəti isə 24 saat ərzində təcili tibbi yardımın peşəkar həkimləri tərəfindən nəzarət olunur. Sağlamlığında problem yaranan iştirakçı dərhal oyundan kənarlaşdırılacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!