Maşını satmışam, metro ilə gedib-gəlirəm - Cavan Zeynallı

saytların hazırlanması

Evə çatdırılma

Maşını satmışam, metro ilə gedib-gəlirəm - Cavan Zeynallı

Şou

05 İyul 2023 10:07 1112


Xalq artisti Cavan Zeynallı həyat yoldaşının vəfatından sonra yaşadıqları barədə danışıb.

Yenisabah.az xəbər verir ki, cazmen bu haqda "Həmin Zaur" verilişində qonaq olarkən açıqlama verib:

"Zəmanə elədir ki, qohumlardan bir az uzaq durmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? Zəmanə indi fərqlidir. İndi mənə deyirlər, qohumlardan ehtiyyatlı ol. Çünki baxırlar, əməlli-başlı üçotaqlı ev, 2 balkon". pizza hut

O, maşınını satdığını da etiraf edib:

"Maşınımı satmışam. Röyada (mərhum xanımı) "Nissan" var idi. Qanunları bilmirəm, sən demə, vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Zəng etdilər ki, gəlin sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahat, orada tıxac olmur.

Bəzən deyirlər mənə ki, Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?"


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!