Mask “dünyanın ən zəngini” titulunu itirdi 

saytların hazırlanması

Evə çatdırılma

Mask “dünyanın ən zəngini” titulunu itirdi 

Maraqlı

05 Mart 2024 13:03 1577


“Amazon”un qurucusu Ceff Bezos milyarderlər indeksində İlon Maskı qabaqlayaraq birinci yeri tutub. 

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Reytinqə görə, Bezosun sərvəti 500 milyon dollar azalaraq 200 milyard dollara düşsə də, cari il ərzində o, kapitalını 23,4 milyard dollar artırıb: Dominos pizza

“Amazon”un qurucusu Bezos 2021-ci ildən bəri ilk dəfədir ki, agentliyin ən zəngin insanlar siyahısına başçılıq edir.

Elektrikli avtomobil sənayesinin vizyoneri və maqnatı İlon Mask “Tesla” səhmlərinin dəyərinin 7% azalması səbəbindən bir gündə 17,6 milyard dollar itirib və ikinci yerdə qərarlaşıb. Bu, Çinə avtomobil tədarükünün azalması xəbərləri fonunda baş verib. İlin əvvəlindən Mask 31,3 milyard dollar itirib. LVMH-nin sahibi Bernard Arno 197 milyard dollar sərvəti ilə üçüncü yerdə yer alıb. O da sərvətindən bir gündə 1,84 milyard dollar itirib, lakin ilin əvvəlindən 18,3 milyard dollar artırıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!