Maskanı belə taxmaq 90% virusdan qoruyur 

saytların hazırlanması

Evə çatdırılma

Maskanı belə taxmaq 90% virusdan qoruyur 

Sağlamlıq

18 Fevral 2021 07:12 949


ABŞ-ın Xəstəliklərin qarşısının alınması və xəstəliklərə nəzarət mərkəzinin yayımladığı araşdırmaya görə iki ədəd maska istifadəsi koronavirusdan 92.5 faiz qoruyur.

“Yeni Sabah” xəbər verir ki, araşdırmada tək istifadəlik maskaların üzə tam oturmadığı və virusların boşluqlardan keçə biləcəyini deyilir. Buna görə də tək istifadəlik olan maskaların üstündən üzə oturan parça maska taxmaq virusa qarşı daha effektlidir.

Bundan başqa, maska ipinin düyümlənməsi virusun qarşısını almaqda önəmli rola malikdir. Araşdırmada maska kənarlarını içə doğru qatlayaraq, qulaq halqası iplərinin parçaya yaxın bir nöqtədə düyümlənməsi daha məsləhətlidir. Marqarita pizza

Araşdırmaya görə, iki tərəfdən düyüm atılmış bir maska virusların 63 faizinin keçməsinin qarşısını alır. Düyün atılmamış maskalarda bu faiz 42-ə qədər aşağıdır. /medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!