Maştağada “Xəyal” bazarında nöqsanlar aşkarlandı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Maştağada “Xəyal” bazarında nöqsanlar aşkarlandı - FOTOLAR

Sosial

07 Yanvar 2026 16:26 349


Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. Marqarita pizza

Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub.

Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!