Əməkdar artist Vasif Məhərrəmli “Ay Zaur” proqramının növbəti qonağı olub. Müğənni kişilərinin estetik əməliyyatlara müraciət etməsini müsbət qarşıladığını deyib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı özünün də saç əkdirdiyini xatırladaraq onlara haqq qazandırıb:
"Kim edirsə, normal baxıram. Saç əkimi məndə də olub, danmayacam. Heç də peşman deyiləm. Elə bir insan ola bilməz ki, onun saçları tökülsün, kompleksə düşməsin. Bu, mümkün deyil! Ələxus da, səhnə adamı. Səhnə gözəllik, qədd-qamət, yaraşıq tələb edir. pizza
Çirkin insan yoxdur, gərək özünə baxasan. Çirkin qadın olmadığı kimi, çirkin kişi də yoxdur. "Kişidən mazut iyi gələr" deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir ki, məndən? Mən dünyanın ən bahalı “odekalonlar”ını vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və mazut iyi gələn adamın yanındada heç vaxt oturmaram".
Əsmətxanım
Telegram kanalımız