Məcburi köçkünlərin müavinəti yenidən artırılıb?

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərin müavinəti yenidən artırılıb?

Sosial

11 İyun 2019 16:27 1366


Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 10 iyun tarixli Fərman imzalayıb. Fərman dövlətimizin başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” bu il fevralın 26-da imzaladığı 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Sabah”a daxil olan məlumatda deyilir: 

“Dəyişikliyə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılaraq, müvafiq olaraq, 22 manatdan 33 manata və 40 manatdan 60 manata çatdırılıb. pizza sifarişi

Yeni Fərmanla bu məbləğlər “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının mətninə daxil edilib”.

Xatırladaq ki, vahid aylıq müavinətin artırılması 500 minədək məcburi köçkünün sosial müdafiəsinin gücləndirilməsinə və maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!