Mədəniyyət naziri koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət naziri koronavirusa yoluxdu

Dünya

09 Mart 2020 23:51 486


Fransanın daha bir rəsmi şəxsi koronavirusa yoluxub.

"Yeni Sabah" xəbər verir ki, ölkənin Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.

Məlumata görə, hazırda nazirin vəziyyəti sabitdir. Marqarita pizza

Fransada son gün daha 286 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 1 412-yə çatıb.

Məlumata görə, yeni infeksiyaya yoluxanlardan 25-i ölüb. Qeyd edilir ki, koronavirusa yoluxanlardan 66-nın vəziyyəti ağırdır.

Xatırladaq ki, Fransa parlamentinin 5 deputatında da koronavirus aşkar edilib.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!