Mədəniyyət Nazirliyi bayraqla bağlı səhvini hələ də aradan qaldırmayıb

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyi bayraqla bağlı səhvini hələ də aradan qaldırmayıb

Siyasət

10 Noyabr 2025 13:56 4208


Mədəniyyət Nazirliyi Azərbaycan bayrağı ilə bağlı yol verdiyi səhvi hələ də aradan qaldırmayıb.

“Yeni Sabah”ın xəbərinə görə, qurum bayrağın təhrif olunduğu paylaşımı sosial şəbəkə hesablarından silməyib. 

Həmin paylaşımda bayraqdakı ulduzun 8 güşəsindən bir ixtisar olunub və 7 güşə formasında verilib.  pizza

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar bayrağın təhrif olunmasına görə nazirliyi qınayır və paylaşımın silinməsini tələb edirlər. 

Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!