Mədət Quliyev Murad Dadaşovun oğlunun toyunda

saytların hazırlanması

Evə çatdırılma

Mədət Quliyev Murad Dadaşovun oğlunun toyunda

Siyasət

07 Dekabr 2025 17:35 22739


Xəbər verdiyimiz kimi, “Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyudur.

Axşam.az-ın məlumatına görə, məclis şəhər restoranlarından birində keçirilir. Gecədən çox az sayda görüntü yayımlanıb. 

Toydan yayımlanan fotolardan birində M.Dadaşov özü də yer alıb. Dadaşov Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevlə obyektiv qarşısına keçib.  Marqarita pizza

Qeyd edək ki, toyda Xalq artisti Aygün Kazımova, Emin Ağalarov, Əməkdar artist Xəyyam Nisanov kimi bir çox ulduz səhnəyə çıxıb. Bundan başqa, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov), gürcü əsilli müğənni Brendoun Stoun da məclisə qatılanlar arasında yer alıb.

Gecədə toyun aparıcılığı Tural Əsədov və Leyla Quliyevaya həvalə edilib. Məclisi isə əsas müğənni kimi Xəyyam Nisanov aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!