"Könüllülük hərəkatı modern dünyada gənclərin ictimai faydalılıq əmsalını artırmaq üçün tətbiq edilən ən kreativ ideyalardan biri kimi qəbul edilir. Bu hərəkat vətəndaş, cəmiyyət və dövləti qurumlarını vahid niyyət ətrafında birləşdirən ən uğurlu formatıdır".
Yenisabah.az xəbər verir ki, bu sözləri Jurnalistlərin Həmkarlar ittifaqının sədri, tanınmış media eksperti Müşfiq Ələsgərli deyib. Qeyd edib ki, Azərbaycanda da bu proqramdan səmərəli istifadəni təşkil etmək üçün 2009-cu ildə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib: "Həmçinin, Prezident İlham Əliyev könüllük proqramlarının Azərbaycanda tətbiq edilməsi üçün çoxsaylı göstərişlər verib; “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncamlar gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin inkişafı naminə səmərəli istifadə etmək məqsədi güdür. Medianın İnkişafı Agentliyinin özünün yaradılış ilində ilk layihələrdən biri kimi “MEDİA könüllüləri” proqramının icrasına qərar verməsi təsadüfi deyil. MEDİA Agentliyi yaradıldığı ilk günündən etibarən ölkə mediasına kreativ yeniliklər gətirilməsinin təşəbbüskarı kimi çıxış edir. “MEDİA könüllüləri” proqramı Agentliyin kreativ ideyalara üstünlük verməsinin daha bir göstəricisidir".
Onun sözlərinə görə, bu proqramın icrasında ilkin məqsəd gələcəyin peşəkar jurnalistlərini hazırlamaqdır; media sahəsinin inkişafı istiqamətində gənclərin potensialından daha səmərəli istifadə etməkdir. Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün şərait yaradılacaq, müxtəlif media subyektlərində təcrübə proqramları, təlimlər keçiriləcək: Dominos pizza
"Amma bununla yanaşı, bu proqram təkcə media sahəsində deyil, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına stimul verəcək. Proqram gənclərin təcrübi biliklərini artıracaq, yaradıcı-innovativ potensiallarını stimullaşdıracaq və yekunda ümumölkə səviyyəsində könüllülük hərəkatının inkişafına töhvə verəcək.
Agentlik bu proqramı son günlərdə elan etsə də, əslində bu sahədə praktiki işləri öncədən də həyata keçirib. 22 iyul Milli Mətbuat Günü tədbirlərində MEDİA-nın təşəbüsü ilə Bakı Dövləıt Universitetinin Jurnalistika fakültəsinin tələbələri könüllülük prinsipi ilə media üzrə milli irs nümunələrinin nümayişini keçirdilər. Həmin proqram tədbir iştirakçılarında ciddi maraq yaratdı. İndi isə könüllük proqramı daha geniş formatda, daha sistemli şəkildə həyata keçirilir. Ümid edirik ki, bu proqram Azərbaycan mediasında ciddi iz buraxacaq".
Telegram kanalımız