Medvedev istefa verdiyi gün büdcədən 127 milyard xərcləyib

saytların hazırlanması

Evə çatdırılma

Medvedev istefa verdiyi gün büdcədən 127 milyard xərcləyib

Dünya

17 Yanvar 2020 07:55 1127


Dmitri Medvedev Rusiya Baş Naziri vəzifəsindən istefa verməmişdən az əvvəl "Lider" atom buzqıran gəmisinin tikilməsi üçün büdcədən 127 milyard rubl ayrılması barədə sərəncam imzalayıb.

"Yeni Sabah" bildirir ki, bu barədə hüquq məlumatları üzrə rəsmi internet portalda qeyd olunub.

Sifarişi yerinə yetirmək "Zvezda" zavoduna həvalə olunub. Dünyanın ən güclü buzqıranı olacaq gəminin 2027-ci ildə təhvil verilməsi planlaşdırılır. O, Şimal dəniz yolunda il boyu naviqasiyanı təmin edəcək. pizza mizza

Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra hökumətin istefaya getdiyini bildirib.

Dünən Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub. /Sputnik Azərbaycan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!