“Məgər biz indiyədək...” - Deputat Oqtay Əsədovla söz davasına çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Məgər biz indiyədək...” - Deputat Oqtay Əsədovla söz davasına çıxdı

Siyasət

02 Dekabr 2019 16:49 2195


Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.

"Yeni Sabah" xəbər verir ki, A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

Spiker Oqtay Əsədov isə iradı qəbul etməyib: “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?” /demokrat.az Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!