Müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib.
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, onun iddiasına görə, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.
İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq. Dominos pizza
Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.
O, Roza Zərgərlinin iddialarını qəbul etməyib.
İ. Əliyev “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”, - deyərək telefonun dəstəyini asıb.
Telegram kanalımız