Məhkəmə arvadını güllələmiş filial rəhbərinə dair qərar çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə arvadını güllələmiş filial rəhbərinə dair qərar çıxardı

Kriminal

18 İyul 2025 19:21 545


Yasamal Rayon Məhkəməsində arvadını güllələməkdə təqsirləndirilən "Referans" klinikasının filial rəhbəri Vasif Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqdimat təmin olunub və V.Kərimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə iyulun 16-da günorta saatlarında baş verib. 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib. Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub. Dördpendirli pizza

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə V.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!