“Mixeil Saakaşvilinin sağlamlıq durumu olduqca ağırdır və onun həyatına təhlükə davam edir. Buna bir çox səbəb var: onlardan biri qadağan olunan kimyəvi maddələr və dərman vasitəsilə zəhərlənməsidir. Bu faktları, eləcə də ölümcül simptom və diaqnozları müstəqil həkim ekspertlər verib. O cümlədən Amerikadan dəvət edilən ekspertlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Gürcüstandakı müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü, Marneuli Bələdiyyəsinin deputatı Nərgiz Əliyeva deyib.
O, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin bu gün Tbilisi Şəhər Məhkəməsində azadlığa çıxıb-çıxmayacağına münasibət bildirib. Dördpendirli pizza
N.Əliyevanın qənaətinə görə, vəkillər həkim rəylərinə əsasən Mixeil Saakaşvilinin sərbəst buraxılmasını, eləcə də istintaq prosesinin dayandırılmasını, onun müalicəsi üçün xaricə köçürülməsini istəyirlər:
“2 aya yaxındır ki, bu tələblə bağlı məhkəmə prosesi davam edir, lakin qərar qəbul edilmir. Açığı, bu prosesdən nəticə gözləmirəm. Bu gün Gürcüstanda müstəqil məhkəmə sistemi yoxdur. Hakimiyyət nümayəndələri və Bidzina İvanişvilinin şəxsi prinsip, intiqamı, hakimiyyətin dəyişmə qorxusu və ən önəmlisi Rusiyayönlü siyasəti Mişanın bu gün əsassız olaraq həbsdə yavaş-yavaş öldürlməsinə səbəbdir.
Yanvar ayının başlanğıcında “Mişanı qoru!” adlı aksiya dünyanın onlarla ölkəsində keçirildi. Eyni zamanda, hər iclas günü məhkəmə önündə yüzlərlə insan toplaşır. Avropa parlamentariləri dəfələrlə brifinqlər keçirərək, Mişanın azadlığını tələb ediblər. Mixeil Saakaşvilinin indiki halı Gürcüstanın Avropa ailəsinə qoşulması üçün ciddi maneədir”.
Ölkəmiz ötən il Avropa İttifaqına üzvlük statusu ala bilmədi. Bu statusun alınması üçün şərtlər irəli sürüldü, onlardan biri də məhkəmə azadlığı və siyasi məhbusların azad olunması idi. Ölkə vətəndaşlarının çoxu Avropa ailəsinə üzv olmağı seçir, lakin mövcud hakimiyyətin apardığı siyasət başqa yönlərin olduğunu göstərir. Hətta liderlərdən biri müsahibələrin birində “Avropa bizə heç lazım deyil” deyə fikirlər səsləndirib. Bu tip şüarlar onların Rusiyayönlü olduğunu göstərir.
Mişanın azadlığı üçün yeganə ümid dünya ictimaiyyətinin təpkisi, beynəlxalq təşkilatların fəallığı və ali məhkəmələrin qərarıdır. Əgər Gürcüstandakı məhkəmə qərarı mənfi olacaqsa, o zaman Ali Məhkəməyə müraciət ediləcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız