Tanınmış idmançı Anar Süleymanov həbsdən sonra ilk dəfə efirə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, “Hər şey daxil” verilişində qonaq olan idmançı həbs olunması barədə danışıb:
“Bu söhbətə bir kəlmə ilə aydınlıq gətirmək istəyirəm. Mən Daxili İşlər Nazirliyinin işindən tam razıyam. Dəfələrlə mənim üstümə sifariş olundu, günahım olmaya-olmaya mənə cinayət işi açıldı. Sağolsun, Daxili İşlər Nazirliyi obyektiv araşdırdı. Gördülər ki, belə bir şey yoxdur. Məhkəmə orqanları isə sifarişlə, saxta sənədlə çıxış edirdi. İnşallah, həmin hakim də işdən çıxarılar. Mənə hərdən yazırlar ki, “Axı sənin günahın yox idi, niyə 20 gün azadlıqdan məhrum edildin?” Bu söhbətlə bağlı çox danışmaq istəmirəm, o vaxtdan da efirlərə özüm çıxmıram. Gəlin, idmanla bağlı danışaq”. Dördpendirli pizza
Xatırladaq ki, A.Süleymanov həyat yoldaşı Şamama Bayramovanı döyməkdə ittiham olunurdu və o 20 gün azadlıqdan məhrum edilmişdi. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.
Əsmətxanım
Telegram kanalımız