Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.
“Yeni Sabah”ınn məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli həmvətənlər! Toyuqlu pizza
Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.
Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.
Çox sağ olun!
Sevgilərlə,
Sizin Mehriban.
Telegram kanalımız