“Məhz bu, Təmkini özündən çıxartdı” -   Qalmaqala səbəb olan futbolçu ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Məhz bu, Təmkini özündən çıxartdı” - Qalmaqala səbəb olan futbolçu ilə bağlı açıqlama

İdman

21 Oktyabr 2019 12:06 960


Xəbər verdiyimiz kimi, Premyer Liqasının 8-ci turundakı "Keşlə" - "Sabah" (1:1) matçından sonra qalmaqal baş verib. Qonaqların futbolçusu Təmkin Xəlilzadə oyun bitən kimi hakimlərin üzərinə yeriyib. Azərbaycan millisinin cinah oyunçusu baş hakim Kamal Umudlunu vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər. Referi Xəlilzadəyə qırmızı vərəqə (ikinci sarı) göstərib.

T. Xəlilzadənin cəzalandırılıb-cəzalandırılmaması və digər məsələlərlə bağlı Bakı klubunun idman direktoru Emin Abbasovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan E. Abbasov məsələyə belə aydınlıq gətirib.   

Dominos pizza

- Hər hansı bir qərar verməzdən öncə baş verənləri araşdırıb təhlil eləmək gərəkdir. Tələm-tələsik cəza vermək ən asan şeydir. Futbolçu bu adamların peşəsidir, amma onlar ilk növbədə insandırlar. Hamımız kimi onlar da xarakterinə, dünya görüşünə görə fərqlənirlər. Ümumiyyətlə, hakim-futbolçu münasibətləri bir növ yol polisi-sürücü münasibətlərinə bənzəyir. Necə ki, sürücülər həmişə cərimə alanda deyinirlər, eynən də futbolçular da belədir. Bu, bütün dünyada belədir. Hətta İngiltərədə də futbolçuların hakimlərlə mübahisə etdiklərini tez-tez görürük. 

Konkret Təmkin Xəlilzadənin məsəlisinə gəlincə, təbii ki, səhv eləyib. Peşəkar futbolçu kimi emosiyalarını cilovlamalı idi. Bu hadisənin yaşanmasında baş hakim Kamal Umudlunun da təcrübəsizliyi rol oynadı. Təmkin ona yaxınlaşıb normal şəkildə iradını bildirib. Bu tip hallara demək olar ki, bütün oyunlarda rast gəlinir. Futbolçu yaxınlaşır hansısa epizodda qərarın fərqli olduğunu isbat eləməyə çalışır. Təcrübəli hakimlər adətən, futbolçuları yola verirlər. Matç bitib, nəticə bəlli, dava-dalaş yox, futbolçu mızıldanıb çıxıb gedir. Umudlu isə şablonla sarı vərəqə göstərdi Təmkinə. Nəzərə almadı ki, bu, onun ikinci sarısıdır. Məhz bu qərar Təmkini özündən çıxartdı. Hakimliyin yazılmamış qaydası var - şablonla hakimlik olmur. Əgər hakim şablonla idarə edəsi olsa, gərək hər oyun 4-5 qırmızı vərəqə göstərsin. Ona görə də, Təmkini də dinləyib, vəziyyəti daha da dərindən araşdırandan sonra yaxın günlərdə qərar verəcəyik.

- “Sabah”ın məşqçisi Rövşən Babayev bundan əvvəlki açıqlamalarının birində hücumçulardan şikayət etmişdi. Baş məşqçi təyinatının gecikməsinin komandada intizamsızlığı səbəb olduğunu da deyənlər var...

- Rövşən müəllim demişdi ki, hücumçular səviyyəsindən aşağı çıxış edir. Söhbət intizamdan yox, futbolçuların fiziki hazırlığından gedirdi. Komandamızın baş məşqçisi var, İqor Ponomaryovdur. İntizamla bağlı heç bir problem yoxdur. Təmkinlə bağlı duruma əvvəlki sualda cavab verdim. Hər bir futbolçunun başına gələ bilər.

- Elşad Əhmədovun istefaya göndərilməsindən sonra (16 sentyabr) “Sabah” hələ də onun yerinə baş məşqçi tapa bilməyib. Bunun səbəbi nədir?

- Biz bu məsələdə tələsmək istəmirik. Çünki bir mövsümlük yox, uzun müddət ölkə futbolunda xüsusi yer tutan klub yaratmaq istəyirik. Bir çox mütəxəssis bizə təklif olunub, bəziləri ilə danışıq aparmışıq. Böyük ehtimalla, qış fasiləsində bütün suallara aydınlıq gələcək.

- Hazırda baş məşqçi axtarışı azərbaycanlı, ya xaricilər üzərində gedir? Ümumiyyətlə, yenə də xarici baş məşqçi axtarışındasınızmı?

- Bir çox variantları götür-qoy edirik.

- Samir Abasov və Aftandil Hacıyevin adı tez-tez "Sabah"la çəkilir...

-Yox, real deyil.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!