Məktəb çantalarının ağırlığı problemi ilə bağlı deputatdan təklif

saytların hazırlanması

Evə çatdırılma

Məktəb çantalarının ağırlığı problemi ilə bağlı deputatdan təklif

Sosial

02 May 2019 12:21 822


Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunması təklif edilir.

“Yeni Sabah” xəbər verir ki, bu təşəbbüslə Milli Məclisin deputatı Aydın Mirzəzadə "Məktəblinin dostları" layihəsinin hesabat tədbirində çıxış edib.

Onun sözlərinə görə, bu gün şagirdlərin məktəb çantası həqiqətən də ağır olur: pizza sifarişi

"Buna görə də təklif edərdim ki, hər fənn üzrə tədris ilində ayrıca dərslik olmasın. Şagirdlər üçün rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın. Birinci rüb, ikinci rüb üçün ayrı dərslik olsun. Belə olduqda şagirdlər birinci rübdə ikinci rübə aid olan mövzuların əhatə olunduğu dərslikləri daşımağa məcbur olmazlar, onların dərslikləri də daha yüngül olar".

Deputat Milli Məclisdə "Məktəblinin dostları" layihəsinin ölkənin bütün məktəblərində tətbiqi məsələsini də qaldıracağını söyləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!