Məktəb direktorlarının seçimi ilə bağlı yeni mərhələ

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktorlarının seçimi ilə bağlı yeni mərhələ

Sosial

11 İyun 2019 09:52 1109


“Dünən axşam, iyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, bildirib ki, artıq müəllimlərin işə qəbulu prosesində olduğu kimi, yerləşməsi də mərkəzləşdirilmiş qaydada həyata keçirilir ki, bu da şəffaflıq üçün vacib amildir. 

Təhsil nazirliyinin tətbiq etdiyi elektron sistemin bir neçə maraqlı xüsusiyyəti var: “Deməli, hansısa vakansiyanı seçəndə o geri seçmiş ən yüksək balı görə bilirsən və sənin az balla oranı seçməyinin heç bir faydası olmayacaq, ona əminsən. Ona görə də, bu tipli elektron ərizə qəbulunda seçim edənlər son saatlara qədər gözləyir ki, baxım, hansı yerdə balımdan aşağı yerlər var onu seçim”.  pizza hut

K. Əsədov deyir ki, müəllimlərin yerdəyişməsi elektron sistemə keçməmişdən əvvəl bunu iki məktəb direktoru rayon təhsil şöbəsi ilə "razılaşdırıb" həyata keçirirdi və bir çox hallarda bu proses "nəyinsə" qarşılığında baş tuturdu. “İndi isə, heç kimi görmədən, MİQ və ya DQ balın ilə sistemdən qeydiyyatdan keçib yaradılmış imkandan istifadə edirsən. 

Özüm də sistemi yoxlamaq üçün qeydiyyatdan keçdim, maşallah nəticəsi yüksək olan kifayət qədər müəllim var idi. Xüsusi ilə ibtidai sinif müəllimləri arasında 59 balla seçim edənlər. 

Sosial səbəblərdən yerdəyişmə edənlərə də üstünlük verilir. 

Yəni kimsə şəhid ailəsi, məcburi köçkün, hərbçi ailənin üzvüdürsə onların MİQ və ya DQ balın fərqli hesablanır. 

Arzu edirəm ki, müəllimlər təkcə iş yerlərini dəyişməsin, eyni zamanda təhsilin keyfiyyətini və təhsilə yanaşmanı müsbətə doğru dəyişsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!