Məktəb direktoru mənimsəmədə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktoru mənimsəmədə ittiham olunur

Sosial

05 Dekabr 2025 13:54 6451


Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə mənimsəmə faktlarının aşkarlanıb.

"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, liseydə baş verən mənimsəmə halları ilə bağlı maliyyə yoxlamaları başlanıb.

Araşdırmaların nəticəsi Quba Rayon Prokurorluğuna göndərilib. İddia edilir ki, Quba Rayon Prokurorluğunda liseyin direktoru Lalə Bədəlova barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. pizza sifarişi

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən təsdiqlənib ki, 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır: "Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır: "Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edirik ki, araşdırmanın nəticələri ilə bağlı bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!