Türkiyənin Sultanqazi şəhərindəki məktəblərdən birində koronavirusa (COVİD-19) qarşı aparılan dezinfeksiya işləri 11 şagirdin zəhərlənməsi ilə nəticələnib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, zəhərlənənlər 8 təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Məktəbə gələn Sultanqazi Bələdiyyə sədrinin müavini Mustafa Birinci bildirib ki, xəstəxanaya çatdırılan şagirdlərin vəziyyətləri normaldır. pizza mizza
Hadisədən sonra həmin məktəbdə tətil elan edilib.
Xatırladaq ki, Türkiyədə COVİD-19-a görə dərslər martın 16-dan sonra dayandırılacaq.
Sabrina Eldarqızı
Telegram kanalımız