Məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Maraqlı

22 Sentyabr 2023 12:59 462


Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.  Dördpendirli pizza

Hazırda iş üzrə ibtidai istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!