Məktəbdə paylanan vərəqələrlə bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə paylanan vərəqələrlə bağlı RƏSMİ AÇIQLAMA

Sosial

07 Fevral 2025 12:08 616


Məktəblilərə paylanan qrafalı vərəqələr internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.

“Yeni Sabah” xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

E. Hacıyev deyib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Sezar pizza

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur:

"Valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var. Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.

E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!