Məktəbli qıza təcavüz edən azərbaycanlıya hökm oxundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli qıza təcavüz edən azərbaycanlıya hökm oxundu - Foto

Kriminal

03 Fevral 2020 15:38 1649


Rusiyanın Volqoqrad vilayətində azərbaycanlı məktəbli qıza təcavüz edib.

"Yeni Sabah" xəbər verir ki, Volgasib.ru-nun yaydığı məlumata görə, hadisə Qorodişenski rayonunda baş verib.

Belə ki, “10c” nömrəli marşrut sürücüsü, 34 yaşlı Azərbaycan vətəndaşı Xəyal Məmmədov 13 yaşlı məktəblini yol soruşmaq bəhanəsilə öz marşrutuna mindirib. pizza sifarişi

Daha sonra marşrutu şəhər kənarına sürən həmin şəxs məktəbliyə təcavüz edib.

Hadisəni polisə bildirən yeniyetmənin anasının şikayəti əsasında cinayəti törədən şəxs saxlanılıb.

On il Rusiya ərazisində yaşamasına baxmayaraq, rus dilini yaxşı bilməyən Məmmədov məhkəmədə tərcüməçi tələb edib.

Onun bu tələbi təmin edilmədiyi üçün məhkəmə prosesi gecikib və o, azadlıqda qalıb.

Bu gün təkrar məhkəməsi olan Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun eyni zamanda 500 000 rubl (13,300 AZN) təzminat ödəməsi haqqında qərar qəbul edilib. Hələlik qərar qüvvəyə minməyib.

Məmmədov törətdiyi əməli etiraf etməyib.

Qeyd edək ki, o, iki övlad atasıdır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!