Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.
Bilik yarışının V mərhələsi Bakı mövzusuna həsr olunub. Bu mərhələdə komandalar Bakının tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri və tanınmış şəxsiyyətlərinə aid sualları cavablandıraraq biliklərini sınaqdan keçiriblər. Marqarita pizza
Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” və 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 17 xal toplayaraq digər komandalardan üstün olub.
Qeyd edək ki, yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.
Telegram kanalımız