Məktəblilərimiz Gürcüstanda I yer tutublar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərimiz Gürcüstanda I yer tutublar

Sosial

11 İyun 2019 13:58 903


Paytaxt məktəbliləri Gürcüstanda yeniyetmələr arasında keçirilən karate üzrə beynəlxaq turnirdə I yerin qalibi olub. Belə ki, 95 nömrəli tam orta məktəbin şagirdləri Polad Abdulrəzimov və Rəyyan Abbaslı, 278 nömrəli tam orta məktəbin şagirdi Rəşid Rəşidov, 58 nömrəli tam orta məktəbin şagirdi Davud Həsənli, 269 nömrəli tam orta məktəbin şagirdi Əhməd Şəfiyev, 261 nömrəli məktəb-liseyin şagirdi Nihad Abıyev və “Zəngi” liseyinin şagirdi Zakir Məmmədli bütün rəqibləri üzrərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

“Yeni Sabah” xəbər verir ki, bundan başqa, turnirdə 278 nömrəli tam orta məktəbin şagirdi Valeh Əhmədov, 171 nömrəli tam orta məktəbin şagirdi Çingiz Həşimov, 145 nömrəli tam orta məktəbin şagirdi Yusif Məmmədli və 249 nömrəli tam orta məktəbin şagirdi Rəhman Sadıxov II, 145 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədli isə III yeri tutub.

Turnirin finalında azərbaycanlı idmançıların məğlub etdikləri rəqibləri arasında erməni idmançılar da olub.  pizza

Qeyd edək ki, ümumilikdə yarışda 704 idmançı mübarizə aparıb. Azərbaycanı təmsil edən idmançılardan 7-si I, 4-ü II, 1-i isə III yeri tutub. İdmançıların məşqçi müəllimi Azərbaycan Kiokuşin Karate KVF təşkilatının rəhbəri Rza Mustafayevdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!