Məleykə Abbaszadə Kamran Əsədovdan danışdı:   “Bu qədər rahat davranmasına təəccübləndim”

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadə Kamran Əsədovdan danışdı: “Bu qədər rahat davranmasına təəccübləndim”

Sosial

19 Dekabr 2025 17:57 2336


“İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi”.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

“Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi", o, əlavə edib. pizza hut

M.Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq və yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric ediləcək:

“Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı. Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!