“Məlumatlıyam, rahat olun” – Elmira Süleymanova açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

“Məlumatlıyam, rahat olun” – Elmira Süleymanova açıqlama verdi

Siyasət

21 Noyabr 2019 15:15 1257


Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyinin irəli sürülməsinə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə E.Süleymanova "Report"a açıqlamasında namizədlərin irəli sürülməsi məsələsindən jurnalistlərdən əvvəl məlumatlı olduğunu deyib.

"Jurnalistlər də bu məsələ haqqında kifayət qədər məlumatlanıblar. Ona görə də rahat olun", - deyə E.Süleymanova bildirib. Toyuqlu pizza

Qeyd edək ki, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılacaq. Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Həmin namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. 

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!