Məmmədyarov çempionlar turnirinə Aronyan üzərində qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov çempionlar turnirinə Aronyan üzərində qələbə ilə başladı

İdman

10 İyul 2022 21:32 987


Bu gün azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə çempionların Şahmat Turu çərçivəsində keçirilən “Road to Miami” onlayn turniri başlayıb.

Yenisabah.az xəbər verir ki, dörd gün ərzində yarışın ilkin mərhələsi keçiriləcək və burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütü müəyyənləşdirəcək.

Dairəvi sistemdə qələbəyə görə 3 xal, heç-heçəyə isə 1 xal verilir. pizza sifarişi

Həmyerlilərimizin iştirakı ilə keçirilən ilk görüşlər artıq başa çatıb. Məmmədyarov – Aronyan, Rəcəbov isə Duda üzərində minimal hesablı (1:0) qələbə qazanıb.

2-ci turada Rəcəbov və Məmmədyarov bir-birilə qarşılacaqlar. Növbəti turlarda Məmmədyarov Rapport və Voytaşek, Rəcəbov isə Eriqaisi və Yu Vençjun ilə görüşəcək.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!