“Mən deməmişəm...” - Rasim Balayev Elməddinin olduğu verilişə telefonla bağlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Mən deməmişəm...” - Rasim Balayev Elməddinin olduğu verilişə telefonla bağlandı - Video

Şou

23 Sentyabr 2019 14:52 1481


Elməddin Cəfərov “Xəzər TV”də yayımlanan “Şən Bazar” verilişinin qonağı olub. 

“Yeni Sabah” xəbər verir ki, efir zamanı Rasim Balayevlə canlı bağlantı yaradılıb. Xalq artisti sözügedən müsahibəsi barədə danışıb. O, qeyd edib ki, aktyorların adını çəkməyib və ümumi danışıb. R.Balayev onların istedadlı aktyor olduğunu, lakin senarilərin yaxşı yazılmadığını deyib. 

Xatırladaq ki, xalq artisti Rasim Balayev bir müddət əvvəl açıqlama verərkən gənc aktyorlar - Müşviq Şahverdiyev, Fərda Amin və  Elməddin Cəfərovla bağlı qalmaqallı fikirlər səsləndirmişdi. “Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar”. – deyən tanınmış aktyor onlarla bağlı təhqiramiz fikirlər səsləndirmişdi.  pizza hut

Məsələ ilə bağlı aktyor Elməddin Cəfərov “Yeni Sabah”a açıqlama vermişdi. “Rasim Balayevlə aramızda heç bir problem yoxdur, mən  hansı yaşda, hansı başdayam ki, o boyda sənətkarla aramda nəsə narazılıq olsun. Ağsaqqalımızdır, böyük sənətkarımızdır. Çox təəssüf ki, təhqir edib. Kaş ki, tənqid edəydi. Bu da ola  bilər, nə edək? Ağsaqqalımızdır” – deyərək Rasim Balayevə hörmətinin sonsuz olduğunu bildirmişdi. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!