"Sabah"ın baş məşqçisi Jelko Sopiç İTV-də yayımlanan "Bol idman" verilişinin qonağı olub.
"Yeni Sabah" xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasının çıxışından, qış hazırlıq planından danışıb:
"Premyer Liqada fevrala qədər vaxtımız var. Amma mən vaxt amilini qabardan məşqçilərdən deyiləm. Futbolçularla necə işləyəcəyimi yaxşı bilirəm. Əsas məsələ budur ki, komandanı irəliyə aparmaq üçün planlarımız bəllidir". Dominos pizza
O, Azərbaycan çempionatının səviyyəsi haqqında danışarkən bu fikirləri bildirib:
"Müqayisə etsək, Birləşmiş Ərəb Əmirliklərində klublar çempionata ulduz futbolçular cəlb etmək üçün böyük pullar xərcləyir. Bu baxımdan orada futbolun səviyyəsi Azərbaycandakı ilə müqayisədə yüksək ola bilər. Amma mən adlara önəm verən məşqçi deyiləm. Əsas meydanda futbol oynamaqdır. Mənim futbol fəlsəfəmdə ilk sırada ad yox, meydanda mübarizə aparmaq dayanır".
Telegram kanalımız