“Mən ruspərəst deyiləm!” –   “44 günlük müharibədə kim kimdən nəyi xahiş etmişdi?”

saytların hazırlanması

Evə çatdırılma

“Mən ruspərəst deyiləm!” – “44 günlük müharibədə kim kimdən nəyi xahiş etmişdi?”

Sosial

20 Fevral 2025 17:36 9313


“Hər dəfə Rusiya ilə münasibətlər soyuyanda, natamamlıq kompleksi olan adamlar bu məsələni qaldırır. Onlar Bakıda təhsil ocaqlarının bağlanmasını istəyir. Mən Bakıda bir əsr ərzində formalaşmış təhsil ocağının əleyhinə olacağam və etirazımı bildirəcəyəm. Hansı xəstəxanalar daha keyfiyyətlidir? Ödənişli, yoxsa pulsuz? Əlbəttə, ödənişli. Rus dili 6 dünya dilindən biridir. Rus sektoru Azərbaycan dilli məktəblərə nisbətən çox gözəl təhsil verir. Niyə görə dövlət tərəfindən maliyyələşdirilməməlidir?!”

Yenisabah.az xəbər verir ki, bu sözləri TV Musavat-a müsahibəsində kinorejissor Ayaz Salayev deyib. 

O bildirib ki, rusdilli məktəblər ölkə təhsilinin inkişafında böyük rol oynayır: Pepperoni pizza

“Bütün fənlərin rus dilində tədris olunduğu məktəblər qalmalıdır və həmin məktəblərdə yüksək səviyyədə Azərbaycan dili keçirilməlidir. Çünki ölkəyə savadlı, düşüncəli adamlar lazımdır. Bir dil bilən adamın səviyyəsi yoxdur. Əgər adamın beyninə öz doğma dili səviyyəsində hansısa ikincii dil sığışmırsa, onun düşüncə imkanları məhduddur. Mən Azərbaycan məktəblərinin əleyhinə deyiləm. Bu, mütləq olmalıdır! Azərbaycan dili dövlət dilidir. Amma rus məktəbləri çox böyük iş görür”.

Ayaz Salayev diqqəti rusdilli jurnalistlərin və gənclərin 44 günlük Vətən müharibəsindəki aktiv fəaliyyətinə çəkib:

“Rus məktəbləri Azərbaycanda milli şüura heç bir zərbə vurmur. Əksinə, mən o məktəbləri çox yaxşı tanıyıram. Orada oxuyan uşaqlar çox vətənpərvər və səviyyəlidir. Sovet vaxtı bütün millətçi ideyalar rus məktəblərindən çıxırdı. Rus məktəblərinin ənənəsi var və bu bir əsrdən çoxdur ki, formalaşıb. İndi isə onları söküb-dağıtmaq istəyirik. 

44 günlük müharibədə kim-kimdən xahiş edirdi ki, sosial şəbəkədə aktiv olsun? Bu yadınızdan çıxıb? Mən özünü doğruldan təhsil sistemindən danışıram. Əksini deyənlər kimlərdir? Onlar hansı ziyalılardır? Mən də rus dilində ünsiyyət quran insanlardan biriyəm. Zərər gətirmişəm bu ölkəyə?! Narazısınız məndən? İnsanlar türkdilli seriallara baxır və bu, bizim dili “udur”. 

Mən ruspərəst deyiləm. Türk dili Azərbaycan dilini ciddi şəkildə zədələyir. Hətta özümə düşmən bildiyim adam belə son çıxışımdan sonra yaxınlaşıb bu mövzuda mənə minnətdarlığını bildirib. Tənqidi münasibət bildirən adamlarsa, məni sadəcə maraqlandırmır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...rusun dilini teblig etmek bele cinayetdir ve dovlete, millete xeyanetdir!!!...rusca oxudugundan hele ne tarixini, ne de edebiyyatini bilirsen!!!...turk dilini tehluke hesab edirsen, amma bu olkenin dili de ,milletin adi da turkdur...tarixini oxu!!!...en boyuk tehluke ise siz rusdillilerdiz!!!
    1 year ago
  • Mahir
    Ayaz müəllim biz rus dilinə qarşı savaş aparmırıq, yəni 400 məktəb yox 40 məktəb olmalıdı, və digər xarici dillərdən rus dili üstün tutulmalıdır, və yadından çıxarma ki, azca aramızda soyuqluq olan kimi rusiyadakı Azərbaycanlıların başına nə oyun açırlar, onda olara bir dur deyən olubmu? Durduran olubmu? Söhbət budu
    1 year ago
  • Roman
    Əvvəldə qeyd edirsiz ki ödənişli xəstəxanalar daha keyfiyyətlidir. Sonra da davamında deyirsiz ki rusca təhsil dövlət tərəfindən maliyyələşdirilsin çünki daha keyfiyyətlidir. Hansı məntiq?
    1 year ago
  • Şəmsəddin
    1974-cü ildə Bakıda 45-li məktəbi azərbaycan dilində bitirmişəm. Rus dilini də yaxşı bilirəm. Dəfələrlə tanıdığım rus bölməsini bitirənlərin rusca buraxdığı səhflərini özlərinə bildirmişəm. Hər şey insanın özündən asılıdır. Ölkəmizdə büdcədən maliyyəşən məktəblər öz dilimizdə olmalıdır.
    1 year ago