16-17 noyabr tarixlərində məşhur türkiyəli komediya ustası Cem Yılmazın Bakı konserti baş tutacaq.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycanda bu sahədə kifayət qədər məşhur olan Fərda özünün "İntagram" səhifəsində Cem Yılmazın Bakıya gəlişini və bilet qiymətlərini tənqid edən video paylaşıb.
Fərda özünəməxsus şəkildə bilet qiymətlərinin olduqca baha olmasını qabardıb: "Topaz ən birinci mənə dəvət göndərmişdi. 700 manatlıq yerə baxanda dedim ki, niyə görə Cem Yılmaz qardaşımızın pulunun üstündən 700 manat əskik olsun. O yer hara, biz hara? Ona görə dedim ki, özüm yer seçəcəm. Küncdə bir yer tapdım, dedim o satılmayacaq. Gəlin mərcə girək. Satılmasa, deyərsiniz ki, bizim də stand-up ustamız var. Şərtlərim ağır olsa da, bu mərcə razılıq verdilər. Arxayın idim ki, o yer satılmayacaq. Amma qapıdan çıxırdım, zəng vurdular ki, o yer də satıldı. Cem Yılmaz qardaşımızın pulunun üstündən 200 manat əskik idi, o da düzəldi. Mən uduzdum. Amma Cem Yılmaz gedəcək, biz yenə burdayıq.Topaz yenə qazandı". Sezar pizza
Telegram kanalımız