“Mənə də maraqlı idi ki, kişi bu qulyabanıda nə tapıb?“ - Video

saytların hazırlanması

Evə çatdırılma

“Mənə də maraqlı idi ki, kişi bu qulyabanıda nə tapıb?“ - Video

Şou

15 Noyabr 2022 16:49 1060


Tanınmış teleaparıcı  Elgiz Əkbər həyat yoldaşını aldadan kişiyə əsəbləşib.

Yenisabah.az xəbər verir ki, vaxtilə rastlaşdığı hadisəni efirdə tamaşaçılarla bölüşən aparıcı hər kəsi təəccübləndirib:

"Bir qadın var idi. Musiqi müəlliməsi idi, piano ifa edirdi, uşaq hazırlayırdı, göyçək bir xanım idi. Bir gün xəbər gəldi ki, onun əri atıb, evə də gəlmir. Sezar pizza

Bir aktrisamızın, Xalq artistinin yaxın rəfiqəsi idi, ad çəkmək istəmirəm. Yazıq qadın bütün gün ağlayırdı, ərinə görə əziyyət çəkirdi. Məni də maraq götürdü ki, görəsən bu xanım kimdir, öz həyat yoldaşını kimə dəyişib...

Nərimanov məhkəməsinin yanında qalırdı, getdik ora, evlərinə. Getdik ki, ərini qaytaraq. Qapını döydük, bir qadın açdı ki, yanıb tökülürəm, ayaqlar əyri, burnunun yanında ziyil, saçları dağınıq. Elə bildim ki, qayınanasıdır, heç ağlıma da gəlməzdi ki, evyıxan budur.

Gördük kişi də içəridədir, başa saldıq ki, böyük oğlun da var, söz-söhbət olar filan. Kişçi cavab verdi ki, mən qayıtmayacağam, mənə həmin qadın lazım deyil. İndiki xanımı da bildiyimiz qulyabanı idi.

Mənə də maraqlı idi ki, kişi bu qulyabanıda nə tapıb? O cür mədəni, eleqant həyat yoldaşını qoyub gedib o cürə ifritəyə tamah salmışdı. Gör indi həmin qadın ona necə qayğı göstərib. Bəzi kişilər diqqəti çox sevir axı".

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!