“Mənə qarşı silahlı qiyam hazırlanır” - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

“Mənə qarşı silahlı qiyam hazırlanır” - Lukaşenko

Dünya

27 Sentyabr 2024 18:03 426


Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkəni qarşıdan gələn seçki kampaniyası ilə bağlı çətin günlər gözləyir.

Yenisabah.az Lent.az-a istinadən bildirir ki, onun iddiasına görə, "qaçaq" belaruslular "ekstremal variant - Belarus ərazisinə silahlı müdaxilə" vasitəsini seçə bilərlər. 

"Bizim haqlı olduğumuzu sübut edəcək kifayət qədər faktlarımız var. Ona görə də aparıcı telekanallarımızda, mətbuatda, internetdə jurnalistlərdən gördüyünüz hər şey doğrudur. Və onların sonuncu variantı Belarus ərazisinə silahlı basqındır. Çünki heç kim danışmağa pul vermir. Onlar beynəlxalq və daxili gündəmi tamamilə bizim jurnalistlərə uduzurlar. Tamamilə! Onlara dedilər: uşaqlar, söhbət etmək yaxşıdır, davam edin. Bunun üçün o qədər pul var, qalan hər şey daha təsirli mübarizə, silahlı üsyan üçündür.  Sezar pizza

Ukraynanın Kursk vilayətində etdiyi kimi Belarus ərazisinə soxulmaq, ərazinin bir hissəsini ələ keçirmək, ölkədə sabitliyi pozmaq cəhdi gözlənilir. Ona görə də məhsul yığımı və digər iqtisadi məsələlərlə yanaşı, mən ölkəmizin müdafiə qabiliyyətinə böyük diqqət yetirməliyəm", - Lukaşenko bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!