“Məni hörmətdən salmaq istəyirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Məni hörmətdən salmaq istəyirlər”

Şou

16 May 2025 12:29 363


"Deyir, bacı, öpür qucaqlayır. Yanından çəkilən kimi arxamca danışır. Nə edim belə dostluğu? İnsanın bir sifəti olar: ya düşmən, ya da dost ol. Hamı deyir, dostam. Amma kənarda ayağının altını qazır. Daşım ağırdır, belə çıxır. Məni hörmətdən salmağa, tamaşaçı sevgisini azaltmağa çalışırlar. Amma susmuşam. Tamaşaçı məni istəyir, bizim camiədə isə heç kim".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Tarixin bir günü" verilişində deyib. Sənətçi proqramın aparıcısı Tarix Əliyevin "Niyam Salamiyə imkan verdin ki, çıxıb efirdə desin, səni alıram. Niyə imkan verdin? Sən ona ərə gedəcəkdin" sualına belə cavab verib:

"Şou idi, tamaşaçı görmür? Birini çox istəyirsən, mən deyəcəm istəmə? O deyir, ona gedən oldu? Toy edəcəkdim? Mənə şou lazım olsa verilişdə elə söz açıqlayaram ki, media partlayar. Elə bilmə ki, mən zəifəm, qarşında cavab qaytarmayacağam. İnsanın tərbiyəsi, tamaşaçıya hörməti olmalıdır. Sənətə dünən gəlməmişəm. Dost, düşmən kimdir bilirəm. pizza

Deyirlər, Aynur özündənrazıdır. Mən özümdənrazi deyiləm, tək olmuşam hər zaman"./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!