Dünya futbolunun yaşayan əfsanəsi Diaqo Maradona yenə də maraqlı açıqlaması ilə gündəmə düşüb.
"Yeni Sabah" xəbər verir ki, Argentinanın məşhur kanallarından birinə müsahibə verən mütəxəssis yadplanetlilərə inanıb-inanmadığı ilə bağlı suala qeyri-adi cavab verib: "Bir dəfə bir neçə bakal içkidən sonra evə getməmişdim. Bir neçə gün itmişdim. Geri qayıdanda isə evdəkilərə məni yadplanetlilər qaçırmışdı demişdim. Amma bununla bağlı sizə heç nə deməyəcəyəm".
Qeyd edək ki, 59 yaşlı çalışdırıcının tez-tez narkotik vasitə qəbul etdiyi deyilir. Bu açıqlamalarının da narkotik maddənin təsirindən yarandığı söyləntiləri var. Marqarita pizza
Naibə Məmmədova
Telegram kanalımız