Mənşəyi məlum olmayan 180 kiloqram ət aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Mənşəyi məlum olmayan 180 kiloqram ət aşkarlandı

Kriminal

10 İyun 2019 11:39 910


Mənşəyi məlum olmayan 180 kiloqram ət aşkar edilib.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, növbəti belə tədbir daxil olmuş məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib. Daxil olmuş məlumat əsasında rayon sakini R.Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, çəkisi 180 kiloqram olan ət aşkar edilərək götürülüb. Dördpendirli pizza

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!