Mənzildən 10 min manat oğurlandı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Mənzildən 10 min manat oğurlandı - Azərbaycanda

Kriminal

19 Mart 2020 00:20 640


Sumqayıt şəhərində mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

Şəhər sakini Həsənova Afət Musa qızına məxsus yaşayış evinə daxil olan naməlum şəxs və ya şəxslər yataq otağından qızıl-zinət əşyaları oğurlayıblar.  pizza sifarişi

A.Həsənova bildirib ki, birinci mərtəbədə yerləşən mənzilə oğrular giriş qapısını açarla açaraq giriblər. Oğurluq baş verən zamanı ev sahibi Lənkəran rayonunda yas mərasimində olub. 

Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!