Mənzillərin qiymətini onlayn öyrənə bilərsiniz

saytların hazırlanması

Evə çatdırılma

Mənzillərin qiymətini onlayn öyrənə bilərsiniz

Sosial

27 Fevral 2019 17:32 840


Hər kəs müxtəlif ərazilər üzrə mənzil qiymətlərini elektron formada öyrənə bilər. 

"Yeni Sabah" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yaradılan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür. 

Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir.  Toyuqlu pizza

Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!